Stoltenberq Azərbaycanın NATO-dakı nümayəndəsinin etimadnaməsini qəbul etdi — Foto

17 noyabr 2022-ci il tarixində Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə etimadnaməsini NATO Baş katibi Yens Stoltenberqə təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Azərbaycanın NATO yanında Nümayəndəliyi məlumat yayıb.

Görüşdə tərəflər NATO-Azərbaycan tərəfdaşlığı və onun gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıb.


Share: