Şri-Lankanın keçmiş prezidenti ölkəsinə qayıtdı

Etirazlarla əlaqədar ölkəni tərk edən Şri-Lankanın keçmiş prezidenti Qotabaya Racapaksa vətəninə qayıdıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilir ki, keçmiş dövlət başçısı Tailandda müvəqqəti viza ilə olub və Sinqapur vasitəsilə Şri-Lankaya qayıdıb. Siyasətçini hava limanında bir neçə nazir qarşılayıb.

Qeyd edək ki, Qotabaya Racapaksa 2019-cu ilin sonunda hakimiyyətə gəlib. Ölkə iqtisadiyyatını səhv idarə etməkdə və hökumətin gəlirlərinin kəskin azalmasında günahlandırılan Racapaksa iyulun 13-də kütləvi etirazlar fonunda istefa verib.


Share: