Şri-Lankada kilsələrdə partlayışlar: 215 ölü + VİDEO

Şri-Lankada kilsə və otellərdə baş verən partlayışlar nəticəsində ölənlərin sayı 215-ə çatıb.

Bu barədə Müstəqil.Az News 1ST-a istinadla məlumat verir.

16.49

Şri-Lankada kilsə və otellərdə baş verən partlayışlar nəticəsində ölənlərin sayı 207-yə çatıb.

Bu barədə Reuters Şri-Lanka polisinin nümayəndəsinə istinadən məlumat yayıb.

12.36

Şri-Lankada kilsə və otellərdə baş verən partlayışlar nəticəsində ölənlərin sayı 185-ə çatıb.

Bu barədə News 1ST məlumat yayıb.

Bildirilir ki, yaralıların sayı 500-ə yaxındır.

Şri-Lanka hökuməti baş verənlərlə bağlı təcili toplantı keçirib.

11.10

Şri-Lankada kilsə və otellərdə baş verən partlayışlar nəticəsində ölənlərin sayı 160-a çatıb.

Bu barədə News 1ST məlumat yayıb.

Bildirilir ki, yaralıların sayı 360-ı keçib.

10.34

Şri-Lankada kilsə və otellərdə baş verən partlayışlar nəticəsində ölənlərin sayı 52-yə çatıb.

Bu barədə Daily News məlumat yayıb.

10.08

Şri-Lankada kilsələrdə Pasxa bayramı qeyd edilərkən partlayışlar baş verib.

Bu barədə AFP agentliyi məlumat yayıb.

Bildirilir ki, partlayışlar nəticəsində 42 nəfər ölüb, 280 nəfər yaralanıb.

Qeyd olunur ki, səhər saatlarında altı partlayış olub. Onlardan üçü kilsələrdə katolik pasxasının qeyd edilməsi zamanı baş verib. Kilsələrdən biri paytaxt Kolomboda, digərləri şəhərdən kənarda yerləşir. Partlayışlar həmçinin üç oteldə baş verib.

Share: