“Sözün repressiyası”nın təqdimatı olacaq.

Noyabrın 16-da, saat 19.00 Nizami Kino Mərkəzində 1937-ci il amansız Stalin repressiyalarına məruz qalmış görkəmli ədib və aydınlarımıza həsr olunmuş “Sözün repressiyası” sənədli filminin tədimatı olacaq.

Müstəqil.Az xəbər verir ki, Mədəniyyət nazirliyinin sifarişi ilə Bulatfilmdə çəkilən filmin ssenari müəllifi, AYB-nin katibi, tanınmış şair-tərcüməçi Səlim Babullaoğlu, resjissoru isə tanınmış tele-aparıcı, Respublikanın əməkdar artisti, rejissor Rafiq Həşimovdur.
Müstəqil.Az
Share: