Söz və əməl sahibi

Həzrəti Əli deyib ki: “İnsanları bir-birindən fərqləndirən onların əməlləridir”. Əməl isə yaxşı və ya pis ola bilər. Yaxşı əməllər imandan, Tanrıya sevgidən, özünü, dünyanı dərkdən irəli gəlir. Pis əməllər isə nadanlıqdan. Yaxşı əməl sahibləri hansı cəmiyyətdə, hansı mühitdə yaşasalar da yaradıcı və təşəbbüskar olurlar.

Onların arasında elələri də var ki, böyük işlər üçün doğulublar. Belələrini seçilmişlər, yəni Tanrının hər hansı bir missiya üçün təyin etdiyi insanlar kimi də qələmə vermək olar. Onlarda təşkilatçılıq, idarəetmə qabiliyyətləri fitridir. Belələri həm də Tanrının ən xoşbəxt bəndələridir. Həzrəti Məhəmməd Peyğəmbərin buyurduğu kimi: “Allah dərgahında ən sevimli bəndə onun yaratdıqlarına daha çox faydalı olan kəsdir.”…
Onu heç vaxt yaxından görməmişəm, əməllərindən, vətənə, xalqa xidmətlərindən tanıyıram. Bilirəm ki, o da Tanrının sevimli bəndələrindəndir. Qeyri halda bu ucalığı ona qismət etməzdi…
Kəmaləddin Heydərov! Bu ad, bu soyad uşaqdan-böyüyə hamının Fövqaladə Hallar Naziri kimi tanıdığı bir şəxsə məxsusdur. Yəqin ki, bu ad və soyadda minlərlə insan var. Amma milyon-milyon insanların arasından seçilib fərqlənəni təkdir…
Kəmaləddin Heydərov! Müasir Azərbaycan Respublikasında üç nəhəng nazirliyi bir qurum kimi ayaq üstə qaldıran, təşkil edən, hansı ki bu nazirliklərin hər birində minlərlə soydaşımız çalışır, bəhrələnir və evinə ruzu aparır. Heç şübhəsiz ki, bu nazirliklərin yüksək səviyyədə təşkil olunması, onların uğurlu fəaliyyətləri həm də bu ad və soyadla bağlıdır.
Sizə zarafat gəlməsin, hər hansı bir işlək mexanizmi yaratmaq, onun iş prinsipini yüksək səviyyədə təşkil etmək heç də hər insana nəsib olmur. Bunun üçün ən azı üç keyfiyyət bir insanda öz təcəssümünü tapmalıdır- istedad, zəhmət və uğur. Bu keyfiyyətlər isə yalnız və yalnız Tanrının sevimli bəndələrində bərqərar ola bilər. Tanrı isə öz sevimli bəndələrini sevə-sevə qoruyur. Qoruyur ona görə ki, onların vasitəsi ilə xalqı faydalandıra bilsin və minlərlə bəndəsi öz ruzusuna qovuşsun…
Kəmaləddin Heydərov! Üzünü yalnız televiziya ekranlarından gördüyüm, amma özünü VƏTƏNİN, XALQIN rifahına, tərəqqisinə həsr etdiyi əməllərindən tanıyıb içimdə bir səmimi ehtiram bəslədiyim soydaşım. Etiraf edirəm ki, onun hansı vəzifədə çalışdığı və çalışacağı elə də önəmli deyil, əslində önəmlisi odur ki, o, KAİNAT SAHİBİNİN Vətəni, Xalqı bəhrələndirməkdən ötrü seçib sevə-sevə qoruduğu BƏNDƏLƏRİNDƏNDİR. Bu xoşbəxtlik isə heç də hər kəsə nəsib olmur…
Kəmaləddin müəllimi ad günü münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı və yeni-yeni uğurlar arzulayıram.
Elman Eldaroğlu

Share: