Şoyqu Putinə Avdeyevkanın tam nəzarətə götürülməsi barədə məruzə edib

Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə Ukraynanın Donetsk vilayətinin Avdeyevka rayonun nəzarətə götürüldüyünü məruzə edib.

-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Şoyqu Avdeyevkanın general-polkovnik Mordviçevin komandanlığı altındakı Mərkəz qoşun qruplaşmasının tam nəzarətinə keçdiyi barədə məruzə edib.

Bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Avdeyevka uğrunda gedən döyüşlərdə son 24 saat ərzində itkiləri 1500-dən çox hərbçi olub.

Share: