SONUNCU ANŞLAQ!!!

kulis.az olsaydı başlığını belə qoyardı: anasını qapıdan qaytaran, qızıından ayrı yaşayan xalq artisti, amma vətəni Azərbaycan üçün möhtəşəm oxuyan… çeçen

(dünya üçün epitafiya) “…Azərbaycan!” Oxuyur Müslüm Maqomayev!
Ömrümün mənasısan,
Qardaşlıq dünyasısan,
Anamın anasısan –
A-zər-bay-can!!!
“Müslüm Maqomayev Yer kürəsində yaşamışdır”
ZƏRURİ GİRİŞ: Onun babasını – Müslüm Maqomayevi tanıyırdım. 7-8 yaşlarımdan. Xatirə lövhəsindən: “…-…-ci illərdə bu evdə yaşamışdır”. Lənkəranda Xan sarayından anarıydı. İndi o lövhəni götürüblər, o evi də həmçinin – yerində nəsə bank ofisi tikiblər. Deyə bilmərəm ki, onda bu “yerlilikdən qürur duyurdum”. Ancaq başa düşürdüm ki, hər kimdisə, çox BÖYÜK ŞƏXSİYYƏT olub. Evimizdə televizor olmadığından da nəvəsi haqda – SSRİ xalq artisti Müslüm Maqomayev – çox sonralar nələrisə başa düşəcəkdim. Onu da Moskvada. Qəribə və maraqlı olanı budur ki, nə Lənkəran, nə Bakı Onun və ONLARIN BÖYÜKLÜYÜNÜN nədənini başa düşməyimdə yetərli deyildi. Bu sətirləri də mən Moskvada fəaliyyət göstərdiyim illərdə sənət “əjdahalarının” təqdimatları əsasında yazıram…
“Qara xəbər tez duyulur…”
Sakit və təmkinlə qarşılanmayan xəbərlər çoxdur!
Ağır, sarsıdıcı informasiyalar da eləcə! Ancaq elə fiksasiyalar da olur, ondan dünya sarsılır! Laqeyd saydığımız, mentalitetimizlə hesablaşmayan DÜNYA bəzən bizim özümüzdən də qat-qat MİLLİ olur, MENTALİTETİMİZİN adət-ənənələrinə daha sayğı və hörmətlə yanaşır – bu, bütün sahələrdə öz təsdiqini tapıb! Söhbət ölümdən gedəndə isə… etiraf edək ki, yerdaşlarımız çox az hallarda özlərinə əziyyət veriblər. Hətta başsağlığını belə hər yerə işləyən dillərinin ucuna gətirməyiblər!
İki gündür ki, YERdən biri azaldı, GÖYdə biri öz məqamına çatdı! Və dünya bu SƏFƏRİ layiqincə dəyərləndirmək istəyindədir.
“Kimdir O” sualının ilk cavabı: “Vətənləşmiş fərd”.
Bir az daha sadə vətəndaşlar üçün: bəstəkar, müğənni, aktyor, SSRİ-də xalq artisti, Avropada – Sopot festivalında birinci yerin, Kannda “Qızıl disk”in sahibi!
Dünyadan lap təzə-təzə xəbər tutanlar üçün: “1975-ci ildən ta SSRİ dağılhadağılanacan Azərbaycanda dövlət estrada simfonik orkestrinin bədii rəhbəri”.
“Vətənləşmiş fərdlər”
Yer bəşərinin yararlandığı, istisnasız olaraq, bütün sahələri üzrə dahi təmsilçiləri var, o cümlədən də musiqidə. Düzdür, siyasətçilər daha çox hakimlik etsələr də, dünyanın iş-güc rəhbəri, yəni, İlahinin “zavxozları”, təsərrüfat işləri üzrə yetkililəri olsalar da, onların içində də İCRAAT MƏQAMINI ALİMƏNSƏB edənlər var – BAX ELƏ TƏMSİLÇİLƏRİ vətənləşmiş fərd hesab edirlər!
HAŞİYƏ olaraq qeyd edim ki, Yer üzündə elə insanlar kontingenti var ki, onlar ölkələri alimlərinə görə tanıyırlar – Lent.az-da müsahibəsi gedən Rafiq Əliyev elə alimlərdəndir.
Yer üzündə insanların elə kontingenti də var ki, onlar üçün SƏS dalğaları, diapazonları, tezliyi hər şey deməkdir – onlar KAİNATLARDA EŞİDİLMƏKLƏRİNİ İSTƏYİR, kainat səslərinə reaksiya verirlər! Məhz SƏS heç bir izafi xərc çəkmədən İlahiyə qovuşmaq, onun məkanına üz tutmaq baxımından PAKLIQDADIR! Səs də gərək səs ola ki, sən də səslənəsən, dinləyəsən! Elə səslərdən biri də Müslüm Maqomayevdəydi. Apardı…lar!
O, məhz elə səsiylə Azərbaycanı VƏTƏN kimi etiraf etdirirdi.
Ondan sovet vətəndaşı olmadı!
Ondan sovet xalqı da çıxmadı!
Ona “azik”, ya da “çernomazıy” deyə bilmədilər!
Onun xalqına üstdən aşağı baxmaq istəyənləri qarşısında baş əydirdi, özünü alqışlara bələdi – O bilirdi ki, bu Onun səsinin gücüdür!
Onun xalqına qul kimi baxmaq istəyənlərin bütün qız-qadınları Onun əsiriydi, “Soyuzun ilahəsi” də onun xanımı! – O BİLİRDİ Kİ, bu Onun səsinin gücüdür! (İnsan öz gücünün harada, nədə olduğunu biləndə VƏTƏNLƏŞİR) Mən
Sözarası
Lent.az-a təşəkkürümü bildirmək istəyirəm: Bazar günü qəzetlərin birinin redaksiyasında Müslüm Maqomayevdən ağızdolusu danışanda çapa hazırlanan nəşrin əməkdaşlarına elə bil Frenk Sinatranın ölümündən, xidmətlərindən danışırdım. Elə çox sakitcə də Lent.az-dan “öldü” xəbərini verməklə işlərini bitmiş saydılar.
Halbuki bir mətbu orqan olaraq Maqomayevin ağır xəstə olduğu onlara çoxdan məlum olmalıydı. Bu ilin iyunundan – Maqomayev gözlənilmədən Moskvadakı Bakulev adına ürək-damar cərrahiyyəsi Mərkəzinə aparılandan sonra ondan olan müsahibələr, portret yazıları, tammetrajlı filmlər haqda ətraflı bilgilər verilməliydi – bu gün üçün!!! Müğənni o zaman pərəstişkarlarını məyus olmamağa çağıraraq, səhhətinin qaydasında olduğunu bildirmişdisə də, biz özümüzü arxayın etməməliydik!
Bizləri nə arxayın salmışdı – Müslüm Maqomayevin 1942-ci il avqustun 17-də Bakıda doğulması? Yəni “çox cavandır” əminliyi?
Digər bir dahi səs sahibimiz Rəşid Behbudovun ifasında deyirəm: TƏLƏSİN İNSANLAR!!! – insanlara sağlığında qiymət verməyə…
“La-Skala” üçün epitafiya
1962-ci ildə Kreml Sarayında Azərbaycan mədəniyyəti festivalının yekun konsertində çıxış edən Müslüm Maqomayev tezliklə bütün SSRİ-də məşhurlaşdı. Onun ilk solo konserti 1963-cü il
noyabrın 10-da Çaykovski adına konsert zalında baş tutdu. Eyni zamanda Onun SƏSİNİN ETİRAF ANI başlandı.
Krımda politistibleşmentin və kultbomondun qarşısında açıq havada çıxış edən Müslüm Maqomayevin ağ rəngli “QAZ-24 Volqa” maşını təkərlərinəcən qıpqırmızı qızarmışdı. Özü də ən müxtəlif ölçülərdə və orijinallıqla, ehtizazlı, ehtiraslı qırmızılıqda – bu qırmızılıq həm də QANLA HƏKK OLUNMUŞDU: BÖYÜK AZƏRBAYCANIN SƏNƏTKAR OĞLUNA SAYĞI, EHTİRAM, HÖRMƏT VƏ MƏHƏBBƏT bəsləyən ÜRƏYİN SEVGİ ADLI QANI!
Müslüm Maqomayevi yaxından görəcəyi eşqiylə konsertə gələn ağcamaya rus, ukrain, belarus qızları gör necə bəzənmiş olublar (görün ki, Müslüm Maqomayev dünyanın olduğu parçalarında ona necə işıq salırmış) – birdən onlara Müslüm Maqomayevin əlini sıxmaq, üzündən öpmək bəxtəvərliyi şansını nəsib edər İlahi!
İlahi isə birdən-birə onları üçqat xoşbəxt eləmişdi – Müslüm onlar üçün həm oxuyurdu, həm də maşınını öpməyə açıq saxlamışdı! Onlar eyni zamanda onu canlı görürdülər!!!
Bu faktı mənə 25 il kosmosa uçuşlara rəhbərlik etmiş rəhmətlik Kərim Kərimovun məclisində SSRİ-də və dünyada məşhur bir ictimai-siyasi xadimin qızı danışıb – “…a ya nikak ne moqla dobratsya do eqo maşinı. Do six por sojaleyu”.
Rəsmi və qeyri-rəsmi məclislərdə sonralar dəfələrlə görüşsələr də, N.N.K belə izah edirdi təəssüfünü: Onu hər dəfə görməyin və eşitməyin öz xoşbəxtliyi var!
Müslüm Maqomayevin böyüklüyü həm də ondaydı ki, O, sovet hökumətinin ATALIQ QAYĞISI SAYƏSİNDƏ BÖYÜdülMƏDİ: 1964-65-ci illərdə oxuduğu “La-Skala”dan böyük qayıtdı.
“La-Skala”nın İlahi məkandakı başdaşında ƏN ŞƏRƏFLİ ADLARDAN BİRİ OLACAQ Müslüm Maqomayev!
Onu bu şərəfə çatdıran SƏSİylə bərabər, həm də savadı, istedadı olub! Agentliklərin yaydığı məlumata nəzər yetirək: “Maqomayevin repertuarında 600-dən çox musiqi əsəri olub. Onların arasında Azərbaycan və rus mahnıları, romanslar, klassik, estrada əsərləri və operalar var idi. Müslüm Maqomayev özünü həm də aktyor kimi sınayıb. O, “Nizami”, “Oxuyur Müslüm Maqomayev”, “Moskva notlarda” filmlərində çəkilib. Maqomayev 20-dən artıq mahnının, filmlərə musiqinin müəllifi idi” (Lent.az).
Vətən qəbristanlıq deyil…
O, BÖYÜK İDİ – dünya üçün! Azərbaycandan böyük deyildi – dünyaya bəs edəcək boyda səsi olsa da!
O, yaşamaq üçün seçdiyi Moskvada özünü dünyanın böyüklərinə etiraf etdirirdi! Dünyanın böyklərinin yolu tez-tez Moskvadan düşürdü deyə.
O, səsini yayırdı – Azərbaycanı!
O səs Azərbaycan boyda böyük idi! Dünyaya sübut edirdi: Azərbaycan BÖYÜKDÜR ki, Onun da böyük səsi var – onları eyniləşdirən, bir anlama gətirən də elə buydu!
… Onun dəfn mərasimi Azərbaycanda olacaq! Fəqət Onun üçün Azərbaycan – Vətən qəbristanlıq anlamı daşımırdı! O, dünyanı gəzmək üçün qərib ölkə saymadığına görə deyirəm!
Onun DÜNYADAN KÖÇMƏYƏ Azərbaycanı seçməsinin bir anlamı var: açıq səmaya kosmonavtların uçuşuna 25 il icazə vermiş şəxs Onun soydaşıydı!
Və O istəyirdi: Azərbaycan SƏSİN DƏ İlahiyə çatdırıla biləcəyi Baykonur olsun! Siz də istinad nöqtəsindəki anşlaqa baxasınız!
Aydın CAN
Share: