Sonsuzluğa müalicə edən həkim rəzaləti… Müalicə etdiyi xəstələrdən 49-nun uşağının atası olduğu ortaya çıxdı. 

Hollandiyada sonsuzluq müalicəsi aparan bir həkimin müalicə etdiyi xəstələrdən dünyaya gələn 49 uşağın atası olduğu ortaya çıxıb. 
Müstəqil.Az Moderator.az-a istinadla xəbər verir ki, aparılan DNT testləri iki il əvvəl dünyasını dəyişən həkim Yan Karbaatın Rotterdam yaxınlığındakı klinikasında müalicə alan xəstələrdən dünyaya gələn 49 uşağın atası olduğunu təsdiqləyib.
Müalicə ilə doğulan bir qrup uşaq və valideynlərinin həkim haqqındakı iddiaları 2017-ci ildə məhkəmədə müzakirə olunmuşdu. Karbaatın 2017-ci ilin aprel ayında 89 yaşında həyatını itirməsindən sonra evindən götürülən materiallar DNT testi üçün istifadə edilmişdi.
Share: