Son həftədə 282 vaksin vurulub

Azərbaycanda son həftədə koronavirus (COVID-19) əleyhinə 282 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, birinci doza üzrə 83, ikinci doza üzrə 5 vaksin vurulub. Üç və daha çox doza üzrə vaksinasiya olunanlar sayı 188 nəfərdir. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 6 nəfər təşkil edib.


Share: