SON DƏQİQƏ: Gəncədə yaşayış binası yanır, xəsarət alanlar var

Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Azad Quliyevin Müstəqil.az-a verdiyi məlumata görə, yanğın zamanı xəstəxanaya yerləşdirilən hər iki şəxs travma alıb.

“Onların yıxılaraq travma aldığı bildirilir. Birinin topuq nayihəsində sınıq var. İlkin yardım göstərilib. Bir müddət həkim nəzarətində qalmalıdır. Digərinin belində isə ağrılar var idi. Kompüter tomoqrafiya olunması üçün Abbas Səhhət adına xəstəxanaya göndərilib. Müayinənin nəticəsinə uyğun tibbi yardım göstəriləcək”.

Məlumata görə, xəsarət alanlar Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri deyil, “101” xidmətinin əməkdaşlarıdır.

***

Gəncə şəhərində yaşayış bınasının dam örtüyü yanır.

Müstəqil.az-ın “Report”a istinadən verdiyi məlumata görə, yanğın şəhərin Dəmiryolu Vağzalının yaxınlığında, Heydər Əliyev prospektində yerləşən 2 mərtəbəli binada baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub.

Yanğın zamanı FHN-in yanğınsöndürənlərindən azı ikisi xəsarət alıb.

Sakinlər təxliyyə olunub. Hazırda yanğın söndürülmək üzrədir.

Yanğının başvermə səbəbləri araşdırılır.

Share: