Solovyovdan şok: Bütün Ukraynanı işğal edəcəyik

Donbas Rusiyaya bütün Ukraynanı işğal etməyə kömək edəcək.

Müstəqil.Az  “Politika.net”ə istinadən xəbər verir ki, bunu Kremlin ruporu, rusiyalı aparıcı Vladimir Solovyov deyib. O, “Novorossiya” layihəsinin bitmədiyini, hələ yeni başladığını bildirib.

Solovyov bu planın reallaşması üçün Rusiyanın “Ştaynmayer formulu”nun reallaşmasını tələb etdiyini söyləyib.
Aparıcı bu formulun Ukraynanı parçalayacağını deyib.

O, Donetsk və Luqansk vilayətlərinin xüsusi status almasının digər regionlar üçün nümunə olacağını və həmin ərazilərdə separatçıların aktivləşəcəyini bildirib:

“Onlar səs verməyə başlayacaq; onlar öz tarixlərini xatırlayacaq; onlar nəyin yarandığını görəcəklər. Ukraynanı faşistlərdən təmizləyəcəklər. Xarkovda, Odessada, Dneprdə baş qaldıracaqlar. Qısa müddətdə təkcə Luqansk və Donetsk yox, bütün Ukrayna tək atəş açmadan bizim olacaq. Bu, diplomatiya və partizan dəstələrinin hesabına gerçəkləşəcək”.

İLkin H.

Share: