Şokolad almaq üçün avtomobillə MAĞAZAYA GİRDİ – Hadisə

Xorvatiyanın “Osiek” klubunun futbolçusu Petar Boçkay saxlanılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb Boçkayın sərxoş halda idarə etdiyi avtomobillə mağazaya daxil olması olub.

Sevgilisiylə Xorvatiyada konsertdən qayıdan Boçkay, şokolad almaq üçün yanacaqdoldurma məntəqəsindəki mağazaya gedib, ancaq heç kimin olmadığını görərək, yenidən maşınına qayıdıb. Satıcını gözləmək istəməyən xorvat futbolçu, bu dəfə maşınıyla mağazaya daxil olub.

Hadisə zamanı bir neçə şəxsə xəsarət yetirən futbolçu, qaçmağa cəhd etsə də, polis tərəfindən saxlanılıb. 12 saat nəzarətdə qalandan sonra buraxılan Boçkayın bu hərəkətindən sonra klubu “Osiek”, onun müqaviləsinə xitam verib. Onun avtomobili sərxoş halda idarə etdiyi də qeyd olunub.

2017-ci ildən “Osiek”də çıxış edən Boçkay, 21 yaşadək futbolçulardan ibarət Xorvatiya millisinin də formasını geyinib.

Müstəqil.Az
Share: