Soğanın Sağlamlıq və gözəllik üçün faydaları,şəfa gücü…

Soğan daşıdığı qida və elementlər sayəsində sağlamlığa çox faydası olan və ilin hər mövsümündə tapılması asan olan bir şəfa mənbəyidir.
Xərçənglə mübarizədə dəri sağlamlığının qorunmasında, infeksiyon xəstəliklərin müalicəsində və bir çox yolxucu xəstəliklərdən qorunmaq üçün çox faydalıdır.
1- Qulaq infeksiyası üçün əvəzsizdir
Qulaq ağrısından xəbəri olanlar bilir, bunun necə ağrı olduğunu. Qulağın iltihabı zamanı soğan parçasının qulağa qoyulması yaxşı effekt verəcək. Başınızda miqren ağrısı varsa, bu üsulu axşam yatmazdan öncə etmək məsləhətdir. Axşamdan səhərə kimi soğan parçasının qulaqda saxlanılması məsləhətdir.
2- Saç uzanmasını sürətləndirir
Soğan şirəsindən hazırlanmış maskanı müntəzəm şəkildə saçlarınıza çəksəniz, saçların uzanmasına zəmanət verilir. İki xörək qaşığı soğan şirəsi, 1 xörək qaşığı konyak və 6 xörək qaşığı qanqal cövhəri ilə qarışdırılmalıdır. Maskanı saçların köklərinə çəkib, təqribən bir saat saxlamaq lazımdır. Sonra isə şampunla yumaq lazımdır.
3-Cərrahiyə izlərinin sağalmasında təsirlidir
Soğan, cərrahiyyədən və ya sadəcə tipik (ancaq narahat edici) gərginlik işarələrindən irəli gələn müəyyən izlərin qarşısının alınması üçün çox təsirli bir çarə ola bilər. Üç qram duzu on qram əl sabun ilə qarışdırın. Onları bərabər ölçülərdə etməyə çalışaraq soğanları çox kiçik parçalar halında kəsin. Duz və sabun qarışığını əlavə edin və yaxşıca qarışdırın. Qarışığı təxminən on beş dəqiqə qarışdırmağa davam edin. Hazırlanan mayeni yara sahələrinə gündə bir dəfə tətbiq edin.
P.S. İstifadə etməmişdən öncə həkiminizlə mütləq məsləhətləşin !
Bu və ya digər maraqlı xəbərləri moderator.az-da izləyin !

Share: