4 yaşlı yuxuda gəzən uşaq kəndin kənarına çıxıb donaraq öldü…

4 yaşlı yuxuda gəzən uşaq, gecə yarısı yaşadığı kəndin kənarına çıxıb və 20 dərəcə şaxtada donaraq ölüb.
Müstəqil.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Rusiyanın Krasnoyarsk bölgəsində baş verib.
Maria adlı ana səhər saat 6 radələrində yuxudan oyanıb. O, oğlunun yatağında olmadığını və qapının açıq olduğunu görüb. Bayıra çıxan ana oğlu Bogdanın ayaq izlərini təqib edib və onu kəndin kənarında üzərindəki pijamalarla donmuş vəziyyətdə tapıb. Uşağın əvvəllər də yuxuda ikən qonşuların evinə girdiyi məlum olub.
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

Share: