Smartfonlardan oğurlanan məlumatlar nə üçün lazımdır?

Çoxlarına məlumdur ki, smartfonda müxtəlif modullar geolokasiyaya nəzarət edir və məlumat toplayır. Ancaq bu məlumatların nəyə lazım olduğunu az adam bilir.

Rusiyanın İnformasiya Təhlükəsizliyi üzrə eksperti Viktor Quleviç bununla bağlı maraqlı açıqlama verib.

Mütəxəssisin sözlərinə görə, smartfon proqramları alınan bütün məlumatları, məsələn, foto və videoları çəkiliş tarixi, çəkiliş yeri, personajlar və s. kateqoriyalarına ayırır.

“Bu gün bütün bu məlumatların yalnız telefonda qalacağına zəmanət yoxdur. Əksinə: təhlil və təsnifat üçün, məsələn, fotoşəkillərdə sifətin tanınması üçün “bulud” hesablamaları lazımdır. Yəni məlumatlar bu, yaxud başqa “buluda” gedir. Orada isə məqsədləriniz üçün təhlildən əlavə, nələr baş verdiyi sizə məlum deyil”, – deyə ekspert bildirib.

Ekspert bütün bu məlumatların süni intellektin hazırlanması üçün istifadə olunduğunu vurğulayıb.

Quleviçin sözlərinə görə, şəxsi məlumatların sızmasının qarşısını almaq üçün az tanınan proqramları yükləməməli və quraşdırma zamanı onların tələb etdiyi giriş səviyyəsinə nəzarət edilməlidir.

Mənbə: Praym

Share: