Slovakiyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb: Ölənlər var

Slovakiyanın qərbində yerləşən Senitsa şəhərində ultra yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Hadisə nəticəsində təyyarənin ekipaj üzvləri (iki nəfər) həlak olub.

İlkin məlumata görə, faciəyə səbəb pilotun şəhərdəki kotteclərdən birinin yaxınlığında idarəetməni itirməsi olub.

Mənbə: TASS

Share: