Siz və Biz… – Rövşən NOVRUZOĞLU yazır…

Əsərlərində “Əli ayağı”nın (Bakıda müqəddəs yer) adını çəkən müqəddəs İbn Həzrət öz yaxınlarına məsləhət görürdü ki, səni bir yerə çağıranda, otur fikirləş və götür-qoy et: “…bir bax gör, səni dinə-imana, əxlaqa, inama, halallığa, barışıq və əmin-amanlığa, azadlığa, mənəvi saflığa çağıran kimdir? Əgər misal üçün, azadlığa çağıran səndən güclüdürsə, buyur get, qələbə sənindir. Yox, əgər səndən aciz və gücsüzdürsə, onda məğlub olarsan, həyatın fəna olar…”

Şərq fəlsəfəsində İbn Həzrətin (XVIII əsr) insanların bir yerə yığışması, görüşməsi (İbn Həzrət mitinq meydanlarını “Görüşyeri” adlandırıb – R. N.), fikirlərin mübadiləsi, insanlıq və həyat kimi fəlsəfi baxışları da var. Məsələn, filosof iddia edir ki, insanların görüş yerləri – meydanlardır. Meydanlar kimlərinsə haqqında (xüsusən ölkəsinin təhlükəsizlik sistemi çiyinlərində saxlayan, dövlətçiliyimizi qoruyan, görülən işlərlə, keçirdiyi tədbirlərlə mənvi dayaqların təminatçısı kimi taınanların) ictimai rəy yaratmalalıdır. Yaxşı işlərin üstündən qələm çəkmək cinayətdir, cənablar.

Məsələn Azərbaycanı Rusiya Federasiyası ilə müqayisə edək, (Mənim təhlillərimdə Ermənistan anlayışı yoxdur. O, ölmüş zonadır), Rusiya Federasiyasında məlumata görə bir ay ərzində (2023-cü il, may ayı) ölkənin silahlı qrupları, cinayətkarlığa qarşı dəstələri 819 beynəlxalq narkoticarətdə iştirak edən narkoqrupları məhv edib. Azərbaycanda isə təkcə may ayı ərzində (2023-cü il) polis orqanları tərəfindən 68 narkoqrup təslim olub. 160 nəfərdən çox insan narkotikanı bir səfəlik atıb. Meydanlar da təmiz və heyrətedici olmalıdır. Məsələn fəvvarələr meydanının lap yaxınlığında Ermənilər kilsəsidir… Bizim kilsə ətrafında neçə-neçə nazirliyin, elmi-tədqiqat mərkəzlərinin özəyi var. Vaxtilə Heydər Əliyev onları ifşa etmişdi… Kilsənin (heç olmasa bir dəfə) qapıları açılıbmı? İçəri keçən olubmu? Naqillər hara qoşulub? Bir az irəlidə də Fransız səfirliyidir. Orada nə az, nə çox məlumata görə 16 nəfər milliyyətcə erməni işləyir… Mən burda dayandım… (?) Psixoloq, professor T. Kerozers (İngiltərə) deyir ki, hər bir meydanın – əsasən ləyaqətli insanların görüş yeri olan meydanın öz qanunları var. Məsələn, meydan var, ancaq kilsə qanunları ilə idarə olunur. Meydan var “…Şeyxin əmrilə açılar, şeyxin əmrilə də bağlanar…” (Axund Sadiq. XVI əsr). Meydan da var, insanları ora ancaq cəllad baltasına və bu baltanın altında yatana tamaşa etmək üçün yığarlar. XXI əsrin meydanları isə öz psixoloji tutumuna, məqsəd və düşüncə tərzinə görə fərqlənir. Onların bir qismi kölgə iqtisadiyyatı qanunları, cəngəllik “nizamnaməsi”, mafioz dünyanın “kitabları” ilə saxta dini ayinlərlər idarə olunur. Bir qismi də varlı təbəqə, carçılar və çağırışçılar arasında (olsun azadlıq çarçıları ilə – R. N.) giriftar qalan qara camaatın anlamadığı qanunlarla idarə olunur.

1988-1991-ci illərdə Bakıdakı erməni kilsəsindən və yaxud ermənilərə xidmət edən diplomatik korpuslardan başlanan mitinq və görüşlər də olub. Ermənilər buna “flaşh-mob” – deyirlər. Yəni bir göz qırpımında yığışmaq. Amerikalı sosioloq Hovard Reynqold “Ağıllı kütlə: Yeni sosial inqilab” kitabında yazır: “flaşh-mob” bu gün “Yox”. “Sabah hökmən” kimi qəbul edilir. Onlar bir göz qırpımında yığılır və mövcud cəmiyyətə, quruluşa, qanunlara “Yox” deyirlər.

San-Fransiskodan olan professor Roba Zazusta isə “Yox” nəslini belə səciyyələndirir: “Onların əsas ideyası ağılsızlarm müşahidəsindən başqa bir şey deyil. Onların belə bir cəlbedici şüarı da var: “Biz heyvan deyilik, insanıq…”

Araşdırmalarımıza görə, bu günədək müşahidə etdiyimiz və iştirakçısı olduğumuz mitinqlərin heç biri milli layihələr əsasında keçirilməyib. Mitinq üçün layihələr əsasən Qərb dövlətlərindən ötürülüb. Məsələn, MDB məkanında mitinqlərin siyasi, iqtisadi və hərbi məqsədlərini tədqiq edən psixoloq-tarixçi Riçard Qor (ABŞ) “Mitinq üçün ofis” yazısında belə bir məsələyə toxunur: “MDB məkanında baş tutan mitinqlərin böyük bir qismi mahiyyətinə görə eynidir: Tac və səltənət uğrunda. Mahiyyətə görə edilən seçimdə əhalinin əksər təbəqəsi iştirak edə bilər. Kim iddiahdırsa o, özünü daha güclü və əzəmətli sayır. Kim güclüdürsə, informasiyaya malkdirsə onun şüarları alqışlanır. Yerdə qalanlar məqsədsiz və şüursuz şəkildə güclüləri dəstəkləməklə işlərini bitmiş hesab edirlər. Tac və səltənət alındıqdan sonra, onlar yenə öz yerlərinə qayıdır, kimisi heç nə olmayıbmış kimi ya əkib becərir, kimisi də ölüsünü basdırıb, gün-güzəranının ağırlığından şikayətlənir, kimisi də meydanlarda səslənməyən şüarlar haqqında fikirləşir. O, fikirləşərkən ikinci bir qrup onu uğrunda vuruşacağı tac və səltənət üçün yürüşə, mitinqə çağırır. O, yenə bu çağırışa ümidlə gedir. Yenə bu meydanlarda ona öz şüarlarını, istəklərini demək üçün imkan verilmir. O, yenə yanmış kürə kimi içini alovlandıran şüarları ilə əliboş geri qayıdır.

… Üçüncü gəlişdə və dəvətdə isə düşünür. Nəhayət, dərk edir ki, tac və səltənət uğrunda vuruşanlara yedəkçi olmaq ona şərəf gətirmir. Dikəlir. “Bu dəfə mən sizi çağırıram” – deyir. İrəli çıxıb, öz şüarlarını meydanlara çəkir. Elə coşub-kükrəyir ki, həm tac və səltənəti məhv edir, həm də onun üçün növbə ilə vuruşanları.. ”

Psixoloq R.Qor iddia edir ki, qanlı tac və səltənət, onun üçün növbə tutanları, əzib sıradan çıxaranları yaddan çıxarmaq mümkün deyil. Çünki bütün MDB məkanında bu gün belə əhval-ruhiyyə yaşanır.

Məlumata görə, islahatlar, siyasi proseslər və “məxfi inqilab”lar əhatəsində” adlı beynəlxalq simpoziumda (bu simpoziumun tezisləri V.Putinin iştirakı ilə qapalı müzakirə edilib) da R.Qorun irəli sürdüyü məsələlərdən geniş bəhs olunub. Prezident açıqlamasında iddia edib: “…Azərbaycan MDB inqilablar, çevrilişlər, xaos və qarışıqlıqlar məkanına çevirmək olmaz. Məsələn, necə ola bilər ki, bölünmə və parçalanma planları Pakistanda müzakirə edilir?.. Nəyin bahasına olursa, olsun Azərbaycanı qorumaq lazımdır…”

Zahirən Ukraynada, Özbəkistanda, Qırğızıstanda, Gürcüstanda, Moldovada… sakitlikdir. Amma oralarda inqilablar davam edir. İndi həmin regionlar üçün çevrilişlərin planı NATO-da müzakirə olunur. Unutmayacaq ki, Gürcüstan NATO-nun quru yoludur. Təhlillərimizə görə, əgər Vaşinqton “məxfi və yaxud dövlət çevrilişlərin planlarını cızırsa, Moskva və Tehran da regionlar üçün bu inqilablardan sonra “çevrilişlər planı”nı işləyib hazırlayır. Məsələn, ilk çevrilişi Gürcüstanda gözləmək mümkündür. Prezidentin devrilməsi, meydandan çıxarılan köhnə bir qüvvənin yeni ideyalarla peyda olması “Ssenarisi”nin sökmüş konturları görünməkdədir. Qərb üçün Gürcüstanda prezident öz missiyasını yerinə yetirib. Əslində bu gün Gürcüstanda cərəyan edən hadisələrə o nüfuz edə bilmir. Onun komandası da nələrin baş verəcəyini anlamaqda acizdir. Çünki Gürcüstandakı “inqilab”dan sonrakı ssenarinin ona heç bir aidiyyəti yoxdur. Tarixə nəzər salın. Elə bir region və əyalət yoxdur ki, oradakı cəmiyyət “məxməri inqilab”la kifayətlənmiş olsun. İngilis tədqiqatçısı M. Qranfeld “İnqilab üçün bayağı rəng” yazısında iddia edir: “rəngli inqilab” həqiqi və nüfuzlu inqilab sayılmır. Onu həqiqi inqilab kimi qəbul etməyin özü də səhv və yanlışlıqdır. “rəngli inqilab” dekorativ inqilabdır. Mühitin və tarixin ondan xəbəri olmur. Belə inqilablar sakit doğulub, sakil ölür, sıradan çıxır…”

Araşdırmalarımıza görə, “inqilab”lar üçün şərait eynidir. İnkubasiya şəraiti. Bu şərait XXI əsrdə istənilən səmtə ixrac edilən, ən asan başa gələn həm Qərb, həm də Şərq inqilabıdır.

Atılan hər hansı bir qəfil güllə nəzərdə tutulmuş hər hansı bir inqilabı sürətləndirərək katalizator rolunu oynayır. Ekspertlər yəqin edirlər ki, məsələn İranın hazırladığı “inqilab”lar ancaq xristian regionları üçün nizamlanıb. İslam əyalətləri üçün bu inqilablar dərk olunmur, nəticədə ağır qarşıdurmalar, ziddiyyətlər yaranır, qan tökülür, insan tələfatları baş verir.

Müsəlman regionlarında, məsələn, Azərbaycanda baş verə biləcək “inqilab”da (olsun… narıncı, mahiyyət dəyişmir – R. N.) öncə regionlarda Konstitusiyanın imkanları çərçivəsindən çıxmamaq şərtilə “islahedici mitinqləri’in keçirilməsi ağlabatandır. Fikrimizcə, bütün bunlar qanlı-faciəli, müəmmalı nəticələri olan “məxməri-narıncı inqilabları”nın sakit və rəvan keçməsinə stimul yaradır. Kreml hazırda bununla bağlı xüsusi və tam məxfi tezisləri olan layihələr işləyib. Yəni regionların subyektlərini yaxın günlərdə bürüyəcək mitinqlərin “islahedici mitinqlər” kimi formalaşması daha məqsədəuyğun hesab olunur. İslah etmək üçün xalqın səsini (söhbət müxalifətdən getmir) eşitmək lazımdır. Dövlət və hakimiyyət orqanlarından öncə, xalq və “ağıllı kütlə” sənə diqtə edəcək ki, kimi islah etmək vacibdir. Bu şərtə suyu üfürə-üfürə içmək vacibdir. Dərk edəsən ki, içdiyin sudur, qan deyil. Qeydsiz-şərtsiz islah etmək.

Rusiyalı siyasətçi-politoloq A.Malaşenko iddia edir ki, “islahedici mitinqlər” Qərbin “inqilab”larına qarşı ən gözəl barrikadadır. Amerikalı sosioloq Con Stura isə qeyd edir: “Bu barrikadada istədiyin adamı islah etmək mümkündür..”

Gürcüstan və Ukraynada baş verən “inqilab”lar hələ ki, istənilən nəticəni verməyib. Əslində bunu gözləmək də mümkün deyil. Hər iki regionda inqilabın verəcəyi nəticə gördüklərimizdən (həmçinin gürcü və ukraynalıların gördüklərindən), eşitdiklərimizdən artıq olmayacaq. İnqilabda bundan artıq heç nə yoxdur. Rusiyalı politoloq, siyasi elmlər doktoru Eduard Yakoleviç Batalov “Свободная мысль” jurnalının 5-ci sayında yazır. “… События в Грузии и на Украине продемонстрировали готовность значительной части население тех стран поддержать насильственное, антиконституционное действие оппозиции – убедительное свидетельство широкого распространение в них революционно-бунтарского сознания, которое на самой своей природе глубокого антидемократично”.

Azərbaycana “islahedici mitinqlər” hava və su kimi lazımdır. Bu, insanlardakı ümid və istəklərin qorunması və reallıqlar üçün vacibdir.(?)

Azərbaycanda ciddi qarşıdurmaların, toqquşma və çevrilişlərin həvəsində olanlar az deyil. Təəssüf edirik ki, belə bir gözləmənin “ofisi” həm müxalifət, həm də iqtidar və həm də kütlə arasında qurulub. Azərbaycan hansı variantı seçib?

  1. Ukrayna variantı.
  2. Gürcüstan variantı.
  3. Qırğızıstan variantı.
  4. Qazaxıstan variantı.

Çoxsaylı materialları nəzərdən keçirərkən məlum oldu ki, Qərb Azərbaycan üçün heç bir yeni varinat hazırlamayıb. Hər şeyi İslami İranın ümidini qoyub. Bağlı qapıların arxasında sadəcə, köhnə variantların tezisləri müzakirə olunur. İştirakçılar və icraedicilər də eynidir. Təkcə rejissorlar və emissarlar başqadır. Azərbaycanda törədilməsi planlaşdırılan “narıncı inqilab”m ssenarisi ABŞ-ın “Rok Krik Krieytiv” şirkətinə məxsusdur (hadisələrin ssenarisini bu şirkət işləyir – R. N.). Çexiyanın prezidenti olmuş Vatslav Qavel və ABŞ-ın eks-dövlət katibi Madlen Olbrayt bu şirkətin regionlar üçün hazırladığı tezislərin məsləhətçiləri kimi fəaliyyət göstərirlər. Azərbaycanda inqilab üçün canfəşanlıq edən başqa bir şirkət də artıq məlumdur. Fransanın hərbi-sənaye konserni, ermənipərəst “Tales”də MDB məkanında baş verən və verəcək inqilabların maraqlı təşkilatçılarından – maliyyə mənbələrindən biridir. Parisdə nəşr olunan “Mond-ekonomi” qəzetinin müxbiri Sesil Bontron yazır: “…bu gün Bakı küçələrində 4 min uşaq “yaşayır”. Onlar vaxtilə o bələydə ikən İrana ötürülmüş uşaqlardı.

Siyasətçilərimizin bir qismi Ukraynanın “POPO”sunun dilerlərini gözləyir. Ukrayna “POPO”su Azərabycana nəyi ixrac edəcəyini özü də bilmir. Amma “POPO”nun özünün də qədim bir tarixi var. Məsələn, tədqiqatçı Yuri Qoqolitsın yazır: “… Самым известным на землях Сьера-Леоне была тонкое общество, вызывающее постоянный страх и известное как “Общество PОРО”.

Araşdırmalarımıza görə, keçmiş ittifaq bütövlükdə XXI əsrin “Geosiyasi cihad”ına tərəf qoyulur. Cihad dairəsinə düşən hər hansı bir respublikanınsa parçalanma ehtimalı var. “Beynəlxalq Avrasiya” mərkəzinin lideri Aleksandr Duşin XXI əsrin geosiyasi cihadını təhlil edərkən belə bir açıqlama verir: “… Regionlarda gözlənilmədən yeni bir dalğanın – antisemitizm dalğasının coşacağını, məcrasından çıxacağını hiss edirəm. Bu isə böyük geosiyasi cihadın başlanğıcı olacaq…” “Qisas inqilab”ının Azərbaycanda ssenarisi həyata keçərsə, region yeni fəsadlarla üz-üzə dayanmalı olacaq. Azərbaycanda “yaddan çıxan” antisemitizm məsələsi ortaya atılacaq. Bu isə eyni qayda ilə Ukraynanın “POPO”sundan ixrac ediləcək. Məsələn, Odessadakı Xabat Şomrey Sabos sinaqoqunun ravvini olan Avraam Volf xəbərdarlıq edir ki, artıq Ukraynada antisemitizm dalğası açıq hücuma keçib. O, Frans-Press Agentliyinə (Paris) müsahibəsində yazır:

mən özümü təyyarənin göyərtəsində hiss edirəm. Biz bilmirik daha nələr baş verəcək. Yəhudilər qorxu və stress içəri sindədirlər. Mən qorxuram ki, ölkə başdan-başa günaha batsın.” Fikrimizcə, Bakı Kiyevdən ixrac ediləcək “inqilab”ın tezislərini ciddi təhlil etməli, pərdənin arxasında qalan məsələlərə aydınlıq gətirməlidir.

Azərbaycan “Geosiyasi cihad”a doğru qovulur. Onu bu cihaddan hökmən çıxarmaq, gələn bəlanı başqa səmtə qovmaq daha məqsədəuyğundur.

Bu işdə ölkə başçısına kömək və yardım göstərmək vacibdir. Onu tənha qoymaq isə sözün əsl mənasında zinayətdir.

Psixoloq R. Dall (ABŞ) yazır ki, “inqilab” demokratiyanın ölümü və məhv olması deməkdir. Məhz bundan sonra Demokratiyanın Diktaturası gəlir. Azərbaycan belə bir diktaturaya hazır deyil. Çünki yuxarılar yeni qaydalara uyuşmayıblar, aşağılar isə köhnə qaydalarla yaşaya bilmir.

Araşdırmalarımıza görə, “inqilab”ların sonunda terror elementləri var. Həmin elementlər isə bu gün beynəlxalq terrorizmdə əsas faktorlardan hesab edilir. Məsələn, dağıdıcı mitinqlərin kökündə 32,1 faiz Kiber-terror var. Digər tərəfdən belə mitinqlərdə 19,5 faiz separatimzlə məşğul olan dəstələrin iştirakı labüd məsələdir. Azərbaycanda yeni müxalifət yaranmadı. O boşluğu bu gün “köhnə” müxalifət və nimdaş şüarlar doldurub.

Azərbaycanda təzadlı, ürəkaçan olmayan, ədalətsiz bir mühitin formalaşmasında müxalifəti də günahkardır. Onların bir qismi üçün iqtidar komandasının “oliqarx”ları istənilən mühiti, yaşamaq üçün istənilən ab-havanı yaradıb. Onlar yaşadıqları cəmiyyəti daha ədalətsiz görmürlər. Bir qisminə heç nə çatmayıb, eləcə vəd verilib. Bir qismi də bugünkü meydan üçün, bugünkü mitinq üçün lazımdır. Heç kəs istefa vermək istəmir. “İnqilab” üçün bu, vacib məsələlərdən biridir. Məsələn, ABŞ hüquq-mühafizə orqanlarının çıxardığı qərara görə, azərbaycanlılarla münasibətlər qadağan edilib. Onların istefa verib hakimiyyətdən çəkilmələri vacib idi. İqtidarla müxalifətin iş rejimlərində barışıq, güzəşt (?), anlaşma mexanizmi yoxdur. Hər iki tərəf kontingenti itirib. Qərb emissarları qarşı-qarşıya dayanmış qüvvələrin potensialına uyğun inqilabın baş verəcəyini də deyirlər.

Regionlarda 1993-1995-ci illərin qızdırması var. Cəmiyyət özünü “qan almaq” üçün yetişdirib. Məsələn, heç kəs zəmanət verə bilməz ki, iqtidarı devirmək üçün xaricdən və daxildən maliyyə yardımları edilməyib. Tarixə nəzər salaq. 1993-1995-ci illərdə dövlət çevrilişi üçün seyflərdə 117 milyon dollar yatırdı və onun bir hissəsi artıq xərclənmişdi. Bu gün bu proses təkrar olunmurmu? Hər hansı bir  inqilabda (dekorativ inqilabda) ölkə başçısının devrilməsi mexanizmi də göstərilir. Araşdırmalarımıza görə, dünyanın aparıcı institutlarında, strateji mərkəzlərində dağıdıcı mitinqlərdə vurulan iqtisadi, siyasi, hərbi, demoqrafik fəsadlar, ziyanlar ölçülür, təhlil edilir. Məlumata görə, dağıdıcı və radikal mitinqlərin nəticəsində MDB məkanının əsas istehsal obyektlərinə 576 milyard dollar ziyan vurulub. Əsas infrastrukturun 62 faizi yerlə-yeksan olunub. Təkcə Cənubi Qafqazda demoqrafik sistem 29,5 faiz məhv olub. Orta nəslin inkişafı cəmi 13 faiz qeydə alınıb. Başqa bir məlumatda bildirilir ki, Azərbaycanda son 10 ildə 491 müxtəlif mitinq layihəsi işlənilib. “Demokratik pəncərə”dən (E.Vulf) ötürülən qrantların ümumi həcmi isə 581 milyon dollar təşkil edib. Əlavə məbləği – 25 faiz vəsaiti isə yerli “oliqarx”lar ötürüb. (?) Nəticələrdən biri də bu idi ki, 10 ildə 8 milyon 250 min nəfər iş yerini itirdi. 68 faiz ən ciddi strateji obyektlərin gücü heçə endi. Kütləvi əmlak oğurluğu, qarət və dağıntı oldu.

Regionlarda keçirilən “islahedici mitinq”lərdən sonra isə yerli hakimiyyət ətrafmdakıları – işə yaramayan, ancaq tərəfləri qızışdırmaqla məşğul olan 1 milyon 47 min 642 nəfər yüksək vəzifəli məmuru vəzifəsindən kənarlaşdırıb (Moldova variantı). Azərbaycanda baş verəcək radikal və dağıdıcı mitinqlər insanların psixoloji durumuna, patoloji və ümumən fiziki durumuna ciddi zərbələr endirə bilərdi.

Regionlarda mitinqlərdən sonra yeni bir sindromun əlamətləri müşahidə edilə bilər. Azərbaycan da bu xəstəliyə tutula bilər. Akademik O.Kruqlov araşdırmalarında göstərir ki, defektologiya sakit, ciddi qanunlarla işləyən, öz axarı olan cəmiyyətdə mümkün deyil. Bu xəstəlik ancaq gərgin, axarını itirmiş, yaşayış və həyat səviyyəsi pozulmuş, daim stress və qorxu içərisində yaşayan cəmiyyətlərdə baş verir. Məlumata görə, təkcə Bakıda belə bir xəstəliyə 1216 uşaq tutulub. 1216 uşaq düşünmə qabiliyyətindən məhrum olub. Onlar da normal insan kimi böyüyür, yaşayır. Lakin düşünmə potensialı normal insanın düşünmə potensialından iki dəfə aşağıdır… Belələrinin vəzifələrə təyin edilərkən nələrin baş verəcəyini anlamaq çətindir. Araşdırmalarımıza görə, Azərbaycanda dağıdıcı mitinqlərin keçirilməsində düşmənin kimyəvi silahları da kifayət qədər rol oynayıb…

  1. İnsanların bir yerdə yığılmasında;
  2. İnsanların özünüidarə “mexanizm”inin itirilməsində;
  3. Psixoloji halların dəyişməsində və s.

Fikrimizcə, baş verən bütün ictimai-siyasi hadisələri təhlil edən, araşdıran bir genetik qurumun, mexanizmin olması bu gün daha vacibdir. Çünki bu, ölkənin xilas nöqtələrindən biri hesab olunur.

 

Rövşən Novruzoğlu Vəlizadə,

Beynəlxalq Terrorizmə və Korrupsiyaya

Qarşı Mübarizə Strateji Araşdırmalar

Mərkəzi”nin direktoru, siyasi elmlər üzrə

fəlsəfə doktoru, professor, politoloq

 

Share: