“Siz səfehsiniz?” -Günel Natiqin yeni kitabı belə adlanır

Siz səfehsiniz?” kitabı Günel Natiqin oxucularla dördüncü görüşüdür.

Müstəqil.Az bildirir ki, “Qanun” nəşriyyatında dərc olunan bu kitab, müəllif digər kitablarından fərqli olaraq,  bu dəfə cəmiyyəti narahat edən ictimai-sosial mövzulara toxunub.

 

Oxucular tərəfindən rəğbətlə qarşılanacağı gözləniləcək kitabda müəllifin 2015-2020-ci illərdə saytlarda yayımlanan köşə yazıları toplanıb. Bu yazılarda daha çox qadın hüquqlarından, cəhalətin törətdiyi fəsadlardan, əzilmiş, hüququ tapdalanmış insanların dramından bəhs edilir. Kitabın adından da göründüyü kimi, yazıçı qələmini oxa çevirərək birbaşa hədəfə tuşlayıb.

Müstəqil.Az

Share: