“Siz cəbhədəsiz ,mən isti evimdə…” – 12 yaşlı Kamranın əsgərlərə məktubu

Əsgərə məktub.
Salam, əsgər qardaşım.
Havalar soyuduqca ürəyim üşüyür,barmaqlarımdakı sızıltı artır. Siz cəbhədəsiz ,mən isti evimdə -Siz od içindəsiz ,mən rahat ,geniş sinif otağımda…
Mənim balaca ürəyimdə Vətən boyda sevgi tükənməsin deyə-mənə o böyük ürəyinizlə qeyrət dərsi keçirsiniz. Atdığım hər addım indi əsgər addımı kimi ümidli,möhkəm və mətindir. Çünki siz aşıladığınız qürur yolu bizim gələcək addımlarımıza təkandır.
   Mənim 12 yaşım var. Bilirəm ki, orada olmaq mənimçün əlçatmazdır. Onu da bilirəm ki, bu gün Azərbaycanın hər yeri cəbhədir . Mənim əlimdən gələn bu gün dəyərli,vətənpərvər, savadlı şəxsiyyət kimi yetişməkdir. Savaş bizim üçün arzuolunmazdır,lakin mənfur düşmənin kirli ayaqlarını öz torpaqlarımızdan çəkməliyik.
Allahın müzəffər əsgərləri olasınız!
Haqq yolundakı cihadınız mübarək!
Biz sizi sevirik…
  Sevgiylə :
Şükürov Kamran
16 N -li Texniki Humanitar Litseyin 6c sinif şagirdi .
Müstəqil.Az
Share: