Şirvanda Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirildi

Aprelin 28-də əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibətilə Şirvan Şəhər Mədəniyyət Mərkəzində “Zərifə Əliyeva – ürəklərdə əbədi yaşayan işıqlı xatirə” adlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şəhər İcra Hakimiyyətinin başçısı yanında Şuranın üzvləri, şəhərin hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak edib.

Öncə Zərifə xanım Əliyevanın əziz xatirəsinə ehtiram əlaməti olaraq büstü önünə tər gül dəstələri düzülüb, foto-rəsm sərgisi ilə tanış olunub və Zərifə xanım Əliyevaya həsr olunmuş sənədli film izlənilib. 

İcra başçısı İ. Abbasov oftalmoloq-alim, akademik, tibb elmləri doktoru, ictimai xadim, oftalmologiya elmində xüsusi dəst-xətti ilə iz qoymuş Zərifə xanım Əliyevaya əbədiyaşarlıq qazandıran onun nəcib niyyəti, xeyirxah əməlləri, vətən naminə gördüyü böyük işləridir.

Tədbir respublikamızın və şəhərimizin tanınmış incəsənət ustalarının, mədəniyyət ocaqlarının kollektivlərinin rəngarəng konsert proqramı ilə davam edib.


Share: