Şirvanda avtomobil piyadanı vuraraq öldürüb

Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb.

BMW markalı avtomobil yolu keçən Şirvan rayon sakini, 1968-cı il təvəllüdlü Səfərova Ayidə Kərəm qızını vurub.

Sürücü tərəfindən xəstəxanaya aparılan yaralı piyada yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Share: