Şirvan şəhərində yazıçı- publisist Yunus Oğuzla görüş keçirilib

22 iyun 2022-ci il tarixdə Şirvan şəhər Mərkəzi Kitabxananın təşkilatçılığı ilə Şirvan şəhər Heydər Əliyev Mərkəzində   Azərbaycan Jurnalistikasının inkişafındakı xidmətləriinə görə “Tərəqqi” medalına layiq görülmüş, ” Əməkdar Mədəniyyət işçisi”, tarixi romanlar müəllifi, yazıçı, publisist Yunus Oğuzla görüş keçirilmişdir.

 

Tədbir iştirakçıları şəhərin mərkəzi meydanında ucalan Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər. Tədbir Mərkəzi Kitabxananın əməkdaşları- Aysel İsmayılova və Gülnar Muradova tərəfindən hazırlanmış  ” Yunus Oğuzun həyatı” adlı video çarxla başlamışdır. Görüşdə Şirvan şəhər Mərkəzi Kitabxanasının əməkdaşları- Alma Cəfərova, İlhamə İmanova “Yunus Oğuzun yaradıcılığı”, Kəmalə Quliyeva müəllifin yeni çapdan çıxan  “Cığır” kitabı haqqında çıxış edərək qeyd etdilər ki, müstəqillik dövrü Azərbaycan ədəbiyyatında tarixi roman janrının ustadlarından olan Yunus Oğuz Azərbaycan tarixinin təbliği və gənc nəslin vətənpərvər ruhda tərbiyəsində mühüm rol oynayır.  Onun “Nadir şah”, “Təhmasib şah”, “Əmir Teymur- zirvəyə doğru”, “Əmir Teymur- dünyanın hakimi”, “Şah arvadı və cadugər”, “Sultan Alp Arslan”, “Atabəy Eldəniz”, “Ovçu”, “Səfəvi Şeyxi” tarixi romanları var. Yunus Oğuz yalnız tarixi romanlar müəllifi kimi deyil, həm də esse və felyetonları ilə də oxuculara yaxşı tanışdır. Tədbirdə yazıçının bacısı Mətanət Zərbəliyeva, sinif yoldaşı Dilbər Abdullayeva onun haqqında xoş xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər. Şirvan şəhər İcra Hakimiyyətinin nümayəndəsi Adəm Hüseynov, Yeni Azərbaycan Partiyasının Şirvan şəhər ərazi  partiya təşkilatının sədri Zahir Qəhrəmanov, alim, filologiya elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Elmlər Akademiyasının əməkdaşı Şəhla Məcidova, 18 nömrəli məktəb liseyin direktoru İsmayıl Usubov, şəhərimizin ziyalısı Rasim Xəlilov Yunus Oğuzun yazdığı tarixi romanların əhəmiyyətindən  söhbət açmışlar . Tarixi romanlar əsasında filmlər çəkilməsini təklif etmişlər.
Yunus Oğuz çıxış edərək, Mərkəzi Kitabxananın rəhbərliyinə və kollektivinə onunla görüş təşkil etdiklərinə görə  öz təşəkkürünü bildirərək qeyd etdi ki,   ilk dəfədir ki, kitabxana tərəfindən mənimlə görüş təşkil olunur.  Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İltifat Nəbiyev Yunus Oğuza  kitabxananın “Fəxri oxucusu”  fəxri  fərmanı  və hədiyyə təqdim etmişdir. Sonda yazıçı  öz kitablarını oxuculara hədiyyə etmişdir. Tədbirdə “Yunus Oğuz tarixi romanlar müəllifi ” adlı sərgiyə baxış keçirilmiş və xatirə şəkilləri çəkilmişdir.

Share: