Sirr açıldı: Kardaşyan və bacılarına milyardlar qazandıran – İntim video

“Forbes”ə görə, 21 yaşlı amerikalı model Keyli Cenner dünyanın ən gənc milayrderidir.

Müstəqil.aZ Teleqraf.com-A istinadla xəbər verir ki, model siyahıda Feysbuk şirkətinin sahibi Mark Zükerberqi də geridə qoyub.

Bununla belə, Cennerin siyahıda birinciliyə yüksəlməsi ilginc iddiaların ortaya çıxmasına səbəb olub.

Məşhur ingilisi teleaparıcı Pirs Morqan bununla bağlı şok faktlar açıqlayıb. Morqana görə, erməni əsilli Kardaşyan-Cener ailəsi öz məşhurluğunu və sahib olduğunu sərvətini 38 yaşlı model Kim Kardaşyana borculudur.

Teleaparıcı iddia edir ki, bu məşhurluğun və nəhəng sərvətin arxasında erməni əsilli Kim Kardaşyanın bir neçə il əvvəl mediada yayılmış seks videosu dayanır.

Məlum hadisə 2006-cı ildə baş verib. Həmin il ABŞ mediasında Kim Kardaşyanın sevgilisi Ray Jayla sevişdiyi bir video-görüntü yayılıb. Beləliklə, gözlənilmədən Amerika şou biznesində peyda olan Kardaşyan və bacıları özləri ətrafında geniş müzakirələrə yol açıblar.

“Keylinin böyük sərvətə sahib olduğunu deyirsinizsə, onları inanılmaz dərəcədə zənginləşdirən seks videonu da xatırlayıram. Əlbəttə Kim Kardaşyan bu videodan milyonlar, milyardlar qazandı”, – Morqan deyib.

Teleaparıcı tamaşaçılara belə bir sual da ünvanlayıb: “Keyli Cenner o qədər də məşhur olmayan və gəlirlər kifayət qədər az olan bir ailədə doğulub və belə bir ailədən necə milyarder kimi çıxdı?”.


Share: