Sinqapurda halal turizm standartlarına uyğun gəmi istismara verilib

Müstəqil.Az “Seanews.az”-a istinad edərək xəbər verir ki, “World Dream” adlanan səyahət gəmisi “Standards and Metrology Institute for the Islamic Countries” tərəfindən təsdiq edilmiş meyarlara uyğun fəaliyyət göstərəcək.

Halal səyahət gəmisinin fəaliyyətinə dünyada halal fəaliyyətlərin reytinqinə nəzarət edən “Crescent Rating” şirkəti də “beş aypara” ilə icazə verib. Şirkət elan edib ki, tarixdə ilk dəfədir ki, bir gəmi üçün halal fəaliyyət lisenziyası verilir.

Müstəqil.Az

Share: