Şimali Koreyada ordu və partiya rəhbərliyi dəyişib

KXDR Silahlı Qüvvələrinin rəhbərliyi Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin VI Plenumunun yekunlarına əsasən dəyişib.

KXDR-in Ali Baş Komandanı, KXDR lideri Kim Çen Indan sonra ölkədə əsas hərbçi sayılan KFP Mərkəzi Komitəsinin katibi, KFP Mərkəzi Hərbi Komitəsinin sədr müavini Pak Çonq Çonq vəzifəsindən azad edilib. Onu əvvəllər müdafiə naziri olmuş Li Yonq-gil əvəzləyib.

Eyni zamanda, Pak Çonq Çonqun daha bir vəzifəsini – KFP Mərkəzi Komitəsinin Siyasi Bürosunun Rəyasət Heyətinin üzvü vəzifəsini saxlayıb-saxlamadığı məlum deyil.

Bundan əlavə, Pak Su İl Koreya Xalq Ordusunun Baş Qərargah rəisi, Li Tae Seob isə ictimai təhlükəsizlik naziri olub.

Hökumətdə bir sıra başqa təyinatlar da baş verib. Kim Çul-ha kimya sənayesi naziri, Kim Çanq-Suk isə yüngül sənaye naziri təyin edilib.

Bu kadr dəyişikliklərinin səbəbləri açıqlanmayıb.

Mənbə: gazeta.ru

Share: