Şimali Koreya Yeni ili ballistik raket atışı ilə qeyd etdi

Şimali Koreya növbəti dəfə ballistik raket buraxıb.

Raketin Yapon dənizi istiqamətində atıldığı bildirilib.

Raket 350 km məsafəyə maksimum 100 km yüksəklikdə uçub və Koreya yarımadasının şərq sahillərində Yapon dənizinə düşüb.

Bu barədə Yaponiyanın müdafiə naziri Yasukazu Hamada fövqəladə mətbuat konfransında bildirib.

Mənbə: TASS

Share: