Şimali Koreya Rusiyaya minlərlə konteyner sursat göndərib

Şimali Koreya 2023-cü ildən bəri xüsusi hərbi əməliyyata kömək etmək məqsədilə Rusiyaya təxminən 7 min konteyner sursat və digər hərbi texnika göndərib.

xəbər verir ki, bu barədə Cənubi Koreyanın müdafiə naziri Şin Von-Sik məlumat verib.

Məlumatı “Associated Press” (AP) yayıb.

Yanvarın əvvəlində “The Washington Post” Ağ Evin anonim rəsmilərinə istinadən yazıb ki, Rusiya Şimali Koreyanın Ukraynaya verdiyi ballistik raketlərdən atəş açmağa başlayıb.

Share: