Şimal dənizində TƏHLÜKƏLİ ANLAR: Rusiyanın nüvə bombardmançıları…

Böyük Britaniya qırıcıları Rusiyanın nüvə bombardmançılarını Şimal dənizində müşayiət etmək üçün havaya qaldırılıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ölkənin Hərbi Hava Qüvvələrinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, “Typhoon” qırıcıları iki “Tu-160” bombardmançısını müşayiət etmək üçün Şotlandiyanın “Lossiemouth” hərbi bazasından havaya qalxıblar.

“Rusiya təyyarələri Britaniyanın hava məkanının sərhədləri keçmirdi”, – idarənin nümayəndəsi deyib.

Share: