Silvestr Stallonedən Roma Papasına maraqlı sual — Video

Məşhur ABŞ aktyoru və rejissoru Silvestr Stallone Vatikana səfəri zamanı katoliklərin ruhani lideri Papa Fransisklə görüşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Papa Silvestr Stalloneni və ailəsini təkbətək qəbul edib.

Stallone onlara vaxt ayırdığı üçün Papaya təşəkkür edib.

Papa Stalloneyə səfərindən şərəf duyduğunu da bildirib və məşhur aktyora “Biz sizin filmlərinizlə böyümüşük” deyib.

Bunun üzərinə Stallone ona kino tarixinin kult filmlərindən olan və baş rolda oynadığı “Rokki”ni xatırladıb və yumruqlarını sıxaraq “Boksla məşğulsan?”, – deyə soruşub.

Papa Stalloneyə yumruqlarını göstərməklə cavab verib.


Share: