Mustaqil.az xəbər verir ki, seminarda İctimai Birliyin Bakı şəhəri və rayonlardakı müxtəlif klub və filiallarından idmançılar iştirak edib.
Seminar Azərbaycanda Braziliya ciu-citsu döyüş sənətinin banisi Taleh Həsənovun başçılığı ilə keçirilib.
Açılış sözü ilə çıxış edən ustad Taleh Həsənov iştirakçıları salamlayaraq seminarın məqsədi və ümumi gedişatı barədə, həmçinin qara kəmər sahibləri və yeni qoşulan idmançılar haqqında məlumat verib.
Daha sonra İctimai Birliyin prezidenti Aqil Acalov çıxışında silsilə tədbirlərin tarixi günlərə həsr olunması və Silahlı Qüvvələr günü haqqında danışmış və bu yaxınlarda milli yığma komandanın Avropa çempionatında 4-cü yer qazanması münasibətilə idmançıları təbrik edib.
Seminar Azərbaycan Respublikasının Dövlət Himni və Şəhidlərimizin əziz xatirəsinin yad edilməsilə açıq elan olunub.
İdmançılar ustad Taleh Həsənov tərəfindən attestasiyadan keçirilərək müxtəlif kəmər dərəcələrilə təltif olunublar.
Seminarın sonunda idmançılara əldə etdikləri yeni dərəcə kəmərləri təqdim olunub.
![]()
![]()
![]()






















