“Shokki Mokki” “Yaşıl dünya naminə qadın həmrəyliyi və innovativ gələcək” adlı tədbirə dəstək verib

Uşaqların sağlam böyüməsini şüarı seçərək müxtəlif sosial layihələr reallaşdıran “Shokki Mokki” Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə “Yaşıl dünya naminə qadın həmrəyliyi və innovativ gələcək” adlı tədbirə dəstək verib.

xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, KOBİA-nın, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Qarabağ Dirçəliş Fondunun, AQSİA-nın, “Shokki Mokki” markasının və digər yerli və xarici qurumların nümayəndələri çıxış ediblər.

“Shokki Mokki” markasının marketinq müdiri Nəzrin Əliyeva tədbirdəki çıxışında “Azərsun Holdinq”in 30 ildən artıq Azərbaycanda fəaliyyət göstərdiyini vurğulayıb.

Şirkət rəsmisi deyib ki, təmsil etdiyi “Shokki Mokki” markası da uşaqların sağlamlığı, maarifləndirilməsi, inkişafı istiqamətində onlarla sosial layihə reallaşdırıb. Həmçinin ən böyük layihə olan “Məktəbim” haqqında da məlumat verib.

Qeyd edək ki, “Shokki Mokki” markasının UAFA ilə birlikdə həyata keçirdiyi bu layihə nəticəsində Bakıda və bölgələrdə 50-yə yaxın məktəbəqədər təhsil ocağı yaradılıb. Onlarla evdar xanım işlə təmin olunub və yüzlərlə uşaq məktəbəqədər təhsilə cəlb edilib.

Share: