Şeyx Yuta ştatının vitse-qubernatoru ilə görüşdü

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və onun rəhbərlik etdiyi nümayəndə heyətinin ABŞ-yə səfəri çərçivəsində Yuta ştatının vitse-qubernatoru Deydre Hendersonla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə vitse-qubernator tviter səhifəsində yazıb.

Bildirib ki, doğrudan da, Azərbaycan belə böyük dinlərarası nümayəndə heyətini Kapitolidə (Yuta ştatındakı – red.) salamlamaq onun üçün şərəf idi:

“Biz azərbaycanlı dostlarımızı və onların dini azadlıqlara sadiqliyini çox yüksək qiymətləndiririk”.

Qeyd edək ki, fevralın 27-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və onun başçılıq etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına səfərə yola düşmüşdü.


Share: