Serj Sərkisyan təslim oldu: Paşinyan seçkiyə gedir

Respublikaçılar Partiyası Nikol Paşinyanın istefasından sonra baş nazir vəzifəsinə öz namizədini irəli sürməyəcək.

Müstəqil.Az xəbər verir ki, bu barədə məlumatı RP yayıb. Partiya bu addımı dekabrda keçiriləcək növbədənkənar parlament seçkisinə mane olmamaq üçün atdığını bildirib.

Qeyd edək ki, bundan öncə Nikol Paşinyan Çiçəklənən Ermənistan Partiyası ilə razılıq əldə edib. Razılığa əsasən, partiya növbədənkənar seçkinin dekabrda keçirilməsinə dəstək göstərəcək. Sonradan daşnaklar da dolayısı yolla Paşinyanı dəstəklədiyini bildirib.

Dünən həmçinin Respublikaçılar fraksiyasından olan bir sıra deputat da Paşinyanın yanında olduqlarını açıqladı.

İlkin H.

Share: