MTK işçisinə 8800 manat cərimə

MTK işçisi kəsdiyi 4 şam və ayland ağacına görə 8800 manat cərimələnib.

Müstəqil. Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, araşdırma zamanı Abşeron rayonu Xırdalan şəhəri, M.Rəsulzadə küçəsində yaş köküstə 8-16 sm diametrində 4 şam və ayland ağacının kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacların “Proqress-2016” Mənzil Tikinti Kooperativ şirkətinin işçisi Samir Hacıyev tərəfindən kəsildiyi və təbiətə 970 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Faktla bağlı S.Hacıyev barəsində protokol tərtib olunub və ona 8800 manat məbləğində cərimə tətbiq edilib.Ə
Nigar B.

Share: