Serebral iflicdən əziyyət çəkən 12 yaşlı Zəhranın anası: “Xalqımızdan balama kömək etmələrini xahiş edirəm”

12 yaşlı Yaqubova Zəhra Elçin qızı serebral iflicdən əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun anası Gülnarə Yaqubova müraciət edib.

O bildirib ki, Zəhranı illərdir müalicə etsələr də, artıq buna imkanları yoxdur.

“Zəhra doğulan gündən müalicə etdiririk. Əvvəllər nə yeriyə, nə danışa bilmirdi. Müalicələr ona müsbət təsir göstərdi, indi həm yeriyir, həm də qırıq-qırıq danışa bilir. Əqli geriliyi və ikitərəfli neyrosensor eşitməzliyi var. Zəhranın atası 10 ay əvvəl vəfat edib, o gündən sonra vəziyyətimiz daha da çətinləşib. Mən Zəhranın vəziyyətinə görə davamlı işləyə bilmirəm, ara-sıra iş olanda evlərə təmizliyə, köməyə gedirəm. Zəhranın bir aylıq dərmanları 420 manat tutur. Borc almağa çalışıram. Dərmanlarını içməyəndə, əsəbləşəndə qıcolmaları yaranır. Hazırda aptekə 193 manat borcum var. Xalqımızdan mənim balama kömək etmələrini xahiş edirəm”.

Ailə ilə əlaqə: 050 555 24 09

Share: