Serbiya Azərbaycandan qaz almağı planlaşdırır

 

Serbiya prezidenti Aleksandr Vuçiç ölkəsinin Rusiya yanacağına alternativ axtardığını deyib.

“Qafqazinfo”nun “Röyters”ə istinadən məlumatına görə, Vuçiç  Venesuela da daxil olmaqla neft və İndoneziyadan kömür almağı planlaşdırdıqlarını bildirib.

“Biz İraqdan neft alacağıq… Mən də Venesuela ilə danışıqlar aparmağa çalışacağam. İstənilən yerdən neft alacağıq. Seçim edəsi deyilik”, – deyə prezident bildirib.

Onun sözlərinə görə, Serbiya gələn il də Azərbaycandan qaz idxal etməyi planlaşdırır və qaz anbarlarındakı qaz ehtiyatlarını maksimuma çatdırıb, buna görə də ehtiyatlar 60 gündən çox müddətə kifayət etməlidir.

Vuçiç əlavə edib ki, ölkə Çin və İndoneziyadan ölkənin elektrik enerjisinin təxminən 70%-ni istehsal edən istilik elektrik stansiyaları üçün təxminən 2 milyon ton kömür almaq istəyir.

 

Share: