Seneqal hakimiyyəti ölkədə mobil interneti kəsdi

Seneqalın Rabitə Nazirliyi, “nifrət dolu və pozucu mesajların” yayılması səbəbindən ölkə daxilində mobil internetin bağlandığını açıqlayıb.

İnternetə daxil olmaq üçün sakinlərə Wi-Fi şəbəkəsinə qoşulmaq tövsiyə olunur.

“Ölkənin müəyyən ərazilərində ictimai asayişin pozulması kontekstində nifrət və pozucu mesajların yayılması ilə əlaqədar olaraq, müəyyən vaxt intervallarında mobil internet müvəqqəti olaraq dayandırılır”, – nazirliyin açıqlamasında bildirilir.

Qeyd olunur ki, mobil operatorlardan bu tələbə əməl etmək tələb olunur.

Mənbə: gazeta.ru

Share: