Senator üzr istədi..Aparıcının sinəsinə toxunub…

ABŞ senatoru Al Franken haqqında yayılan təcavüz iddialarına görə üzr istəyib.

Müstəqil.Az BBC-yə istinadla xəbər verir ki, iddiaları Leeann Tweeden adlı qadın yayıb. L.Tweeden bildirib ki, Al Franken siyasətə qatılmazdan əvvəl, “Saturday Night Live” şousu üçün ssenari yazdığı zamanlarda onu zorla öpüb.

Əvvəllər “Playboy”da işləyib, hazırda radio aparıcısı olan Tweeden qeyd edib ki, əsgərlər üçün təşkil olunan tamaşanın səhnə arxası məşqləri zamanı Franken onu iyrənc bir şəkildə öpüb və yuxuda olduğu zaman onun sinəsinə toxunub.

Aparıcı həmin anın fotosunu da əldə edib.

Al Franken isə deyilənlərlə bağlı üzr istəyib. O, fotonun, sadəcə, zarafat məqsədi ilə çəkildiyini söyləyib.

Müstəqil.Az

 

Məqaləyə dair fotomateriallar:

Share: