Posted in Kateqoriyasız Sehran ALLAHVERDİnin yeni şeiri Müstəqil AZ 10:04 / 07 Aprel 2020 Çatmadı Ünümün son yerisən Əlim sənə çatmadı… Tikanımın qan yeri, Gülüm sənə çatmadı? Nola, gülüm, öyrənim, Sevgi zülüm, öyrənim. Bircə bilim, öyrənim, Bilim, sənə çatmadı. Bilsəm də ta gec oldu… Soldu gülüm puç oldu. Ömür yandı, heç oldu, Külüm sənə çatmadı. Fələk belə yazdımı: “Sev kənardan, azdımı?” Bir ömür yazdıgımı Silim, sənə çatmadı.