Seçki komissiyalarının işinə mane olanlar inzibati və cinayət məsuliyyətinə cəlb ediləcək

Seçki komissiyalarının işinə mane olanlar inzibati və cinayət məsuliyyətinə cəlb ediləcək.

-nın xəbərinə görə, bunu Baş prokurorun birinci müavini Elçin Məmmədov Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

O bildirib ki, seçkilər demokratiyanın başlıca göstəricisidir: “Seçkilərlə bağlı prokurorluq orqanlarının vəzifələri əsasən daxil olmuş şikayətlərə baxılması ilə bağlıdır. 2002, 2009, 2016-cı illərdə referendumla bağlı bizə ümumiyyətlə müraciətlər daxil olmayıb. Son prezident seçkiləri ilə əlaqədar da bu kimi şikayət tərkibli müraciətlər prokurorluq orqanlarına daxil olmayıb”.

Elçin Məmmədov qeyd edib ki, seçki komissiyalarının işinə mane olanlar və müdaxilə edənlər inzibati və cinayət məsuliyyətinə cəlb ediləcək: “Belə hallarda seçki komissiyaları prokurorluq orqanlarına müraciət edə bilər. Eyni zamanda seçki komissiyalarından şikayətlər məhkəməyə verilə bilər. Məhkəmə qərarlarından yuxarı instansiya məhkəmələrində bu işlərə 3 gün müddətində baxılmalıdır. Seçki komissiyalarının işinə müdaxilə etməyə, seçki sənədlərini saxtalaşdırmağa görə cinayət məsuliyyəti nəzərdə tutulub”.

Share: