“SAZIN SÖZÜN BUTASI” TƏŞKİLATININ BAKIDA TƏQDİMATI KEÇİRİLİB

20 Dekabr 2022-ci ildə “Kəlağayı Ev Muzeyi”ndə, “Sazın Sözün Butası” təşkilatının təqdimatı keçirilib.

Təşkilatın sədri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü, şair Səadət Buta təşkilatın məqsəd və məramından danışıb. Bildirib ki, sazı, sözü, folklorumuzu keçmişimizə güzgü tutaraq yaşatmaq niyyəti ilə xalqın sərvətini xalqa çatdırmağı, özümə mənəvi borc bilirəm. Bu məqsədlə Gürcüstanda rəsmi qeydiyyata alınan “Sazın sözün Butası” təşkilatı, Gürcüstan və Azərbaycanın qədim folklor nümunələrinin, eləcədə adət-ənənələrinin qorunub, saxlanılması və gələcək nəsillərə ötürülməsi üçün təbliğ edilməsi təşkilatımızın əsas fəaliyyət sahəsini təşkil edir.

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru Fəridə Ləman, “Kəlağayı ev muzeyi”nin sədri şair, publissist Güllü Eldar Tomarlı, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Solmaz Kosayeva, ustad aşıq Murad Kövrək, “Məhsəti Şairlər Məclisi”nin sədri Cəvahir Qaraqızı, şairlərdən Qəzənfər Məsimoğlu, Səringül Sadə, Hənifə Şəbnəm, Xalidə İlyasqızı, müğənni Hüsniyə İsmayllı və başqaları çıxış edərək bildirdilər ki, “Sazın Sözün Butası” təşkilatı Gürcüstanın şərəf ordenli şairi Səadət Butanın rəhbərliyi ilə unudulmaqda olan folklorumuzun inkişafı naminə böyük işlərə imza atacaq və Gürcüstan-Azərbaycan əlaqələrinin möhkəmləndrilməsində böyük töhvələr verəcəkdir.

Share: