Satdığı balıqlara təzə olmasını sübut etmək üçün oyuncaq göz taxdı. 

Satdığı balıqlara təzə olmasını sübut etmək üçün oyuncaq göz taxdı.
Moderator.az xəbər verir ki, Küveytdə bir balıq mağazası satdığı balıqların təzə olduğunu göstərmək üçün müştəriləri aldadaraq, köhnə balıqlara oyuncaq göz taxaraq satışa çıxarıb. Bir müddət bu şəkildə öz satışını həyata keçirən dükan sahibinin saxtakarlığı çox keçmədən ifşa olunub.
Bir müştərinin qarşılaşdığı olayı videoya çəkərək sosial mediada paylaşdıqdan sonra əlaqədar qurumlar hərəkətə keçib. Çox keçməyib ki, bu cür saxta yolla baqlı satan mağazanın fəaliyyəti dayandırılıb.
Moderator.az fotoları təqdim edir.

Share: