Şarlatanlar və ƏDIBlər…

…Mirzə Ələkbər vərəmlədi…

…Cəlil yarı ac, yarı tox qaldı. Arvadının ayaqqabısını satıb “Molla Nəsrəddin” biraxdırmışdı amma. Bu dövlət, bu dil yaşasın, insanlar maariflənsin deyə…

Hə, bir də sonra, Cəlili, jurnalının bayram tədbirinə çağırmamışdılar. Deyir oturub hönkür-hönkür ağlayıbmış. İndi peşəkar qələm adamları da belədir, Cəlil qədər olmasa da, Cəlil günündə, Cəlil ruhunda…
Həsən bəyin də ki, sümüklərinə yer olmadı məmləkəti Azərbaycanda, düz yeddi il. Maariflənsin deyə ta Istanbuldan arabasında şirift daşıyan kişinin sümüyünü goordan çıxaranlara mıqqırını da çıxarmadı “maariflənmiş” xalqı. Yeddi ildən sonra Şıxəli Qurbanov adlı aydın Həsən bəyin sümükləri ilə yatıb, qalxmaqdan, üşənib, qorxmaqdan, havalanmış qızının evinə gələnəcən kimsə dillənmədi…
Sonra, Şıxəlini də qətl elədilər…
Rəşidi də zəhərlədilər…xalqına, dövlətinə və milli ruhuna görə…
…Tarix göstərdi ki, hamısı ədib, fədakar millət, dövlət adamı imiş. Indi məmləkətdə nə qədər şarlatan var onlardan iqtibas gətirir. Və indi də gələcək tarixin bir ovuc Cəlili, Sabiri, Rəşidi, Şıxəlisi əziyyət çəkir. Çünki yüz illər sonra da dəyişməyəcəyik. Əzab çəkəcək adamlar, iqtibas gətirəcək şarlatanlar olacaq…
…Və nə qədər aydını tarixən də, indi də didərgin oldu. Gədasını demirəm, aydının deyirəm məmləkətin…
Əslində bizim hansı toplum olduğumuz əsirlərdir bəllidir. Və o kəslər ki, dövlətə, peşəyə, millətə sevdalıdır, ədalət, vicdan, əxlaq deyə-deyə ölüblər… Əslində bu dövlətin ən böyük sərvəti, millətin və peşəkarın dözümüdür, səbridir. Başqa cür var ola bilməzdik…
Jalə Mütəllimova
Share: