Şarl Mişel Qəzza ilə bağlı İsrailə çağırış edib

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Qəzza ilə bağlı çağırış edib.

xəbər verir ki, bu barədə Şarl Mişel “X” hesabında paylaşım edib.

“Qəzzalı uşaqlar və körpələr qida çatışmazlığından ölür. Qəzzada müharibə aləti olan aclığa dərhal son qoymaq üçün ciddi və təcili səylər tələb olunur.
Beynəlxalq ictimaiyyət dəfələrlə Qəzzaya daha çox humanitar yardımın daxil edilməsinə çağırıb, xüsusən də aclığın qarşısını almaq üçün BMT-nin iki məcburi qətnaməsi var. İsrailin Erez keçid məntəqəsini müvəqqəti olaraq yenidən açması, həmçinin Aşdod limanından yardımların daxil olmasına icazə verməsi kifayət deyil”, – Şarl Mişel qeyd edib.

Share: