Sarkisyan barəsində cinayət işinə xitam verilib

Ermənistan Baş Prokurorluğu ölkənin üçüncü Prezidenti Serj Sarkisyanın büdcə vəsaitləri hesabına Baden-Badenə səfər etməsi ilə bağlı iddiaları sübut edə bilməyib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Baş Prokurorluq araşdırdığı materiallarda cinayət tərkibinə rast gəlmədiyindən məsələ ilə bağlı cinayət işinə xitam verilib.

Xatırladaq ki, sözügedən məsələ ilə bağlı cinayət işi 2021-ci ilin oktyabrında başladılıb. İddialara görə, 2008-2017-ci illərdə Serj Sarkisyanın təyyarəsi zərurət olmadan bir sıra reyslər həyata keçirib.


Share: