Şanxay Beynəlxalq Film Festivalı Müsabiqə qrupunu elan etdi

Şanxay Beynəlxalq Film Festivalı (SIFF) pandemiyadan əvvəl beynəlxalq qonaqlarla tam fiziki formatda keçiriləcək 25-ci buraxılışı (9-18 iyun) üçün əsas müsabiqə seçimlərini təqdim edib.

Kulis.az xəbər verir ki, festival barədə məlumatı Deadline yayıb.

Qeyd edək ki, festivalın Qızıl Qədəh Mükafatları beş bölmədən ibarətdir – Əsas Müsabiqə, Asiya yeni istedad, Animasiya filmi, Sənədli film və Qısa film. Qaliblər iyunun 17-də Şanxay Böyük Teatrında keçiriləcək mərasimdə elan olunacaq.

Polşalı Yerji Skolimovski əsas müsabiqənin münsiflər heyətinə başçılıq edir. Bundan əlavə, münsiflər heyətində Nandita Das, Qarin Nuqroho, Lutz Raytmayer, Sonq Cia, Vivian Qu və Zanq Lu kimi təcrübəli kino nümayəndələri var.

Share: