Santyaqo hava limanında atışma: Ölənlər var

Santyaqo hava limanında cinayətkarlarla Çili Mülki Aviasiya İdarəsinin əməkdaşları arasında baş verən atışmada iki nəfər həlak olub.

Məlumata görə, azı 12 quldur saxta sənədlərin köməyi ilə yük daşıyan avtomobilini oğurlamaq üçün hava limanının ərazisinə daxil olub.

Mülki aviasiya orqanları cinayətkarları aşkar etdikdən sonra onlar arasında atışma baş verib. Bir əməkdaş və bir quldur həlak olub.

Qalan cinayətkarlar qaça biliblər.

Daha sonra hava limanı yaxınlığındakı yollardan birində hücum edənlərə aid ola biləcək iki yanan avtomobil tapılıb.

Mənbə: TASS

Share: