Sanksiyalar başlayır: İrana necə təsir edəcək?

Sanksiyaların İran iqtisadiyyatına çox əhəmiyyətli bir təsiri olacaq.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibliyinin adını açıqlamaq istəməyən rəsmi şəxslərindən biri deyib.

“Bu sanksiyaların maliyyə məsələsində İran iqtisadiyyatına çox əhəmiyyətli bir təsiri olacağı heç bir şübhə doğurmur. Sanksiyalar bu gün gecə yarısı fəaliyyətə başlayacaq”, – amerikalı rəsmi şəxs deyib.

Qeyd edək ki, bu gün ABŞ İrana qarşı sanksiyaların bir hissəsini bərpa edəcək. Sanksiyalar avtomobil sektoru, qızıl və digər dəyərli metal ticarətinə aid olacaq. İrana qarşı sanksiyaların ikinci hissəsi 4 noyabrda qüvvəyə minəcək. Bu sanksiyalar isə energetika sektoru, Mərkəzi Bankla bağlı tranzaksiyalara aid ediləcək.

Müstəqil.Az

Share: