ABŞ qorxur ki, bu texnologiya Çinin əlinə keçər: Türkiyə…

ABŞ Türkiyənin Pakistana 1,5 milyard dollar dəyərində ATAK helikopterlərinin təhvilinə əngəl ola bilər.

Müstəqil.Az xəbər verir ki, bunu rusiyalı hərbi mütəxəssis Boris Roj bildirib.

Roj söyləyib ki, Vaşinqton ATAK helikopterlərinin texnologiyalarının Çinin əlinə keçməsindən qorxur.

Pakistanın Çinlə müdafiə sahəsində sıx əməkdaşlıq etdiyini deyən Roj sırf bu səbəbdən Vaşinqtonun müqaviləni bloklaya biləcəyini vurğulayıb.

Qeyd edək ki, Pakistan və Türkiyə arasında 30 ədəd T129 ATAK helikopterinin satışı ilə bağlı müqavilə imzalanıb, ancaq ixrac üçün ABŞ-ın icazəsi lazımdır.

Müstəqil.Az

Share: