Samux rayonunda elektrik yarımstansiyasında partlayış olub.Yaralılar var…

Samux rayonunda elektrik yarımstansiyasında partlayış olub.
Müstəqil.Az “Report”a istinadən xəbər verir ki, partlayış zamanı xəsarət alanlar var.
Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Xəsarət alanlardan birinin adı məlum olub. Rayon sakini, 1978-ci il təvəllüdlü Elnur Natiq oğlu Həsənov müxtəlif dərəcəli  yanıq xəsarətləri alıb.
Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Share: